[b]“Qələbə üçün vaxtımız çatmadı”[/b] – Zaur Svanadze
02.07.2015 - 23:45
[b]“Qələbə üçün vaxtımız çatmadı”[/b] – Zaur Svanadze

“İlk hissə çox çətin keçdi, ancaq ikinci yarıda oyunçularım yaxşı oynadılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Laçi” – “İnter” oyunundan sonra “bankirlər”in baş məşqçisi Zaur Svanadze deyib.

 

İkinci hissədə daha az səhv etdiklərini bildirən Svanadze komandanın gec toparlandığını deyib:

 

“Komanda bir az gec özünə gəldi, buna görə də qələbə üçün vaxtımız çatmadı. Buna görə də düşünürəm ki, nəticə normal oldu. Cavab görüşündə daha yaxşı oynamağa çalışacağıq. Mərhələ keçmək üçün gərəkli nəticəni qazanacağımızı düşünürəm”.

0