[b]“Bundan sonra bizə çətin olacaq”[/b] – Rəşad Sadiqov
03.07.2015 - 00:10
[b]“Bundan sonra bizə çətin olacaq”[/b] – Rəşad Sadiqov

“Çətin oyun oldu. İlk 15 dəqiqə bizim üçün ağır keçdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri UEFA Avropa Liqasının I tur ilk oyununda “Dinamo”ya məğlubiyyətdən (1:2) sonra “Qəbələ”nin futbolçusu Rəşad Sadiqov deyib.

 

Komandanın tədricən oyununu düzəltdiyini qeyd edən yarımmüdafiəçi rəqib 10 nəfərlə qaldığı üçün qələbə qazanmağa borclu olduqlarını bildirib:

 

“Sadəcə, 2 kobud səhv üzündən uduzduq. Futbolda səhvsiz keçinmək olmur. Çox məyusuq. Qalib gəlməli olduğumuz oyunda yenildik. Qələbə qazanacağımıza inanırdım. Meydana daxil olanda da yalnız bu haqda düşünürdüm. Rəqibin azlıqda qalmasından istifadə etməliydik. Bundan sonra bizə çətin olacaq. Sərfəli nəticəylə qayıtsaydıq, cavab qarşılaşmasında daha rahat oynayardıq. Alınmadı. Ölkəmizdə 1 cavabsız qol mərhələni keçməyə yetərli olacaq. Bu vəzifənin öhdəsindən gəlməyə çalışacağıq”.

0