[b]“Səfərdə müdafiə olunub, qol buraxmamaq haqda düşünsək...”[/b] – Aleksandr İaşvili
03.07.2015 - 00:40
[b]“Səfərdə müdafiə olunub, qol buraxmamaq haqda düşünsək...”[/b] – Aleksandr İaşvili

“Oyun çox ağır keçdi. “Qəbələ” çox yaxşı komandadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri UEFA Avropa Liqası I tur ilk oyununda “Qəbələ” üzərində qələbədən sonra (2:1) Tiflis “Dinamo”sunun hücumçusu Aleksandr İaşvili deyib.

 

Rəqibin heyətində güclü futbolçuların olduğunu qeyd edən gürcü hücumçu vaxtilə “İnter”də çıxış edərkən bu komandaya qarşı oynadığını bildirib:

 

“Qəbələ” indi çox güclənib. Qələbə qazanmağımıza baxmayaraq, arxayınlaşa bilmərik. Cavab oyunu da çətin alınacaq. Səfərdə müdafiə olunub, qol buraxmamaq haqda düşünsək, uduzacağıq. Bu üzdən arxada otura bilmərik”.

0