[b]“Laçi” “İnter”dən bir baş üstün idi” - baş məşqçi[/b]
03.07.2015 - 10:20
[b]“Laçi” “İnter”dən bir baş üstün idi” - baş məşqçi[/b]

“İnter”lə müqayisədə daha yaxşı oynadığımızdan qələbəyə biz layiq idik. Amma səhvlər futbolun ayrılmaz hissəsidi. Həmin səhvlər də nəticəyə təsir edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Albaniyanın “Laçi” klubunun baş məşqçisi Armando Kunqu deyib.

 

O, Avropa Liqasının I təsnifat mərhələsinin “İnter”lə ev oyunu haqda fikirlərini açıqlayıb: “Matçın ilk hissəsində diktə edən tərəf biz idik. Amma qol imkanlarını qaçırdığımız vaxtda topu öz qapımızda gördük. Buraxılan səhvlər məni çox narahat edir. Nimani və Ceymsin əldə etdiyi epizodlarda qol vurmamaq günahdı. Onlar boş qapını nişan ala bilmədilər. Həm oyunu, həm yaradılan qol vəziyyətlərini nəzərə alsaq, “Laçi” “İnter”dən bir baş üstün idi. Rəqibimiz 90 dəqiqə ərzində qolla nəticələnən cərimə zərbəsindən başqa heç nə edə bilmədi. Lakin mərhələ keçmək şanslarımız itirilməyib. Bakıda lazım olan nəticəni əldə edə bilərik. Bunun üçün ilk növbədə müdafiədə etibarlı oynamalıyıq. Həm də ilk oyundan fərqli olaraq, qol şanslarını qaçırmamalıyıq”

 

Qeyd edək ki, “Laçi” və “İnter” arasında oyun 1:1 hesabı ilə başa çatıb.

0