[b]“Zirə” millinin üzvünü transfer etdi[/b] - FOTO
03.07.2015 - 12:27
[b]“Zirə” millinin üzvünü transfer etdi[/b] - FOTO

Yeni mövsümdən Topaz Premyer Liqasında çıxış edəcək “Zirə” klubu daha bir transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, elitanın debütantı “Neftçi”nin yetirməsi Mirkamil Haşımlını heyətinə qatıb.

 

Tərəflər arasında münasibətlər bu gün rəsmiləşdirilib. Son mövsümdə doğma klubunun heyətində olan, lakin əsas heyətə düşə bilməyən Haşımlı bundan sonra “Zirə”nin formasını geyinəcək. 19 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

 

“Qəbələ”nin qapıçısı Anar Nəzirovla da danışıqları davam etdirən bakılılar bu keçidi isə gələn həftə rəsmiləşdirmək fikrindədilər.

 

Qeyd edək ki, “Zirə” yay fasiləsində Rəşad Abdullayev, Kamal Bayramov, Aleksandr Şemonayev, Təmkin Xəlilzadə, Viktor İbekoyi (hamısı AZAL), Tərzin Cahangirov, Sadiq Quliyev, Tellur Mütəllimov (hamısı "Qəbələ", icarəyə), Hacı Əhmədov ("Qarabağ"), İlqar Hüseynov ("Simurq"), Ruslan Tağızadə ("Qəbələ") və Ruslan Cəfərovla ("Xəzər Lənkəran") güclənib. 

0