“Mançester Siti” ulduz futbolçunu “Barselona”nın əlindən ala bilər
03.07.2015 - 16:12
“Mançester Siti” ulduz futbolçunu “Barselona”nın əlindən ala bilər

“Yuventus”un yarımmüdafiəçisi Pol Poqbanın “Barselona”ya keçidi baş tutmaya bilər. Apasport.az saytı xəbər verir ki, fransalı futbolçu “Mançester Siti”nin də maraq dairəsindədi.

 

“Yuventus” Poqbanın 80 milyon avro müqabilində “Barsa”ya keçidinə ilkin razılıq versə də, ingilislərin təklifi daha cəlbedicidi. Belə ki, “Mançester Siti” gənc oyunçunun transferi üçün 100 milyon avro təklif edib. İtaliya klubunun bu təklifdən sonra Poqba ilə bağlı qərarının dəyişib-dəyişməyəcəyi maraqla gözlənilir.

 

Qeyd edək ki, 22 yaşlı Poqba “Yuventus”a 2012-ci ildə “Mançester Yunayted”dən keçib.

0