[b]Pulsuz başa gələn ulduz futbolçular - FOTOSESSİYA[/b]
03.07.2015 - 17:25
[b]Pulsuz başa gələn ulduz futbolçular - FOTOSESSİYA[/b]

UEFA futbol tarixində pulsuz başa gələn ən məşhur futbolçularla bağlı yazı hazırlayıb. Apasport.az saytı xəbər verir ki, qitə futbol qurumu bir klubdan digərinə havayı keçən ulduz oyunçular arasında simvolik “11-lik” düzəldib.

 

Son olaraq Maksi Pereyra, Andre-Pyerr Jinyak, Yevgeni Konoplyanka, Filipp Mekses, Xavyer Saviola, Serxio Romero, Stefan Mbia, Campaolo Patsini və Abu Diabi kimi tanınmış simalar yeni komandalarına havayı başa gəlsələr də, keçmişdəki bu cür keçidlər daha çox səs-küy doğurub. Onların arasında Kempbell, Ballak, Pirlo, MakManaman, Kloze, Larsson kimi dünya futbol tarixinə adını yazdırmış məşhurlar da var.

 

UEFA-nın seçdiyi simvolik “11-lik” belədi:

Bred Fridel (ABŞ) – “Aston Villa”dan “Tottenhem”ə (2011-ci il)
Markus Babbel (Almaniya) – “Bavariya”dan “Liverpul”a (2000-ci il)
Sol Kempbell (İngiltərə) – “Tottenhem”dən “Arsenal”a (2001-ci il)
Esteban Kambiasso (Argentina) – “Real”dan “İnter”ə (2004-cü il)
Qari MakAllister (Şotlandiya) – “Koventri Siti”dən “Liverpul”a (2000-ci il)
Mixael Ballak (Almaniya) – “Bavariya”dan “Çelsi”yə (2006-cı il)
Andrea Pirlo (İtaliya) – “Milan”dan “Yuventus”a (2011-ci il)
Stiv MakManaman (İngiltərə) – “Liverpul”dan “Real”a (1999-cu il)
Robert Levandovski (Polşa) – “Borussiya”dan (Dortmund) “Bavariya”ya (2014-cü il)
Miroslav Kloze (Almaniya) – “Bavariya”dan “Latsio”ya (2011-ci il)
Henrik Larsson (İsveç) – “Seltik”dən “Barselona”ya (2004-cü il)

0