38 yaşlı qapıçı daha 2 il futbol oynayacaq
03.07.2015 - 18:18
38 yaşlı qapıçı daha 2 il futbol oynayacaq

“Yuventus”un qapıçısı Marko Storari karyerasını bundan sonra “Kalyari”də davam etdirəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, təcrübəli qapıçının yeni klubu ilə müqaviləsi 2 illik olacaq.

 

Bildirilir ki, Storari tibbi baxışda keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

 

Qeyd edək ki, 38 yaşlı qapıçı 2010-cu ildən “Yuventus”un şərəfini qoruyur. O, ötən mövsüm A seriyasında meydana çıxdığı 5 oyunda qapısında 4 qol görüb.

0