[b]“Səhər qab-qaşıq yumaq, axşam Avropa Liqası”[/b] - FOTO
03.07.2015 - 19:21
[b]“Səhər qab-qaşıq yumaq, axşam Avropa Liqası”[/b] - FOTO

UEFA Avropa Liqası I təsnifat mərhələsində mübarizə aparan Şimali İrlandiyanın “Qlentoran” klubu dünən meydana çıxdığı qarşılaşmada “Jilina”ya 1:4 hesablı məğlub olub. Apasport.az saytının məlumatına görə, sosial mediada isə oyundan daha çox “Qlentoran”ın futbolçusu Cordan Stüartın paylaşdığı “tvit” müzakirə olunub.

 

Futbolçu “tvitter”də “saat 09 – 15 arası xəstəxanada qab-qaşıq yumaq, axşam 20 – 22 arası Avroliqa oynamaq” statusunu paylaşıb.

 

Xəstəxanada işlədiyi məlum olan və ordakı işindən çıxdıqdan sonra axşam Avropa Liqası oyununda forma geyinən futbolçu 63 dəqiqə meydanda qalmış və komandasının böyükhesablı məğlubiyyətinə əngəl ola bilməmişdi.

 

Gənc futbolçu özü də “eurosport”a verdiyi açıqlamasında xəstəxanada işlədiyini təsdiqləmiş və onun ölkəsində futbolun peşəkar bir sahə deyil, yarım günlük əlavə iş olduğunu bildirib.

 

Qeyd edək ki, 20 yaşlı Stüart 2014/15 mövsümündə Şimali İrlandiya çempionatında 13 qol vuraraq komandasının Aroliqada oynamasında əsas pay sahiblərindən biri olub.

0