Balotelli atasını dəfn etməyə hazırlaşır
03.07.2015 - 20:32
Balotelli atasını dəfn etməyə hazırlaşır

İtaliya yığmasının və “Liverpul”un hücumçusu Mario Balotelli ögey atası Françesko vəfat etdiyi üçün İtaliyaya yollanıb. Apasport.az saytının “Football İtalia”ya istinadən məlumatına görə, böyük Balotelli uzun sürən xəstəlikdən sonra vəfat edib.

 

Mərhum iyulun 4-də Breşiyada dəfn olunacaq.

 

Qeyd edək ki, Mario özü Palermoda doğulub və Balotelli ailəsi onu üç yaşında atılmış körpələr evindən övladlığa götürüblər.

0