Stiven Cerard “Hollivud”da - FOTO
03.07.2015 - 20:55
Stiven Cerard “Hollivud”da - FOTO

“Liverpul”un keçmiş kapitanı Stiven Cerard tətilini başa vuraraq yeni klubu “Los-Anceles Qalaksi”nin sıralarına qoşulub. Apasport.az saytının məlumatına görə, klubun rəsmi saytından əfsanəvi futbolçunun fotosu yayımlanıb və onun yerli vaxtla 7 iyul saat 10-da ilk məşqinə çıxacağı bildirilib.

 

Eyni zamanda qeyd olunub ki, məşqdən sonra jurnalistlər üçün mətbuat konfransı olacaq.

 

Gözlənildiyi kimi Cerard sevimli 8 nömrəli futbolkası ilə çıxış edəcək.

0