[b]Gürcülər təəssüf hissi keçirir[/b]
03.07.2015 - 21:16
[b]Gürcülər təəssüf hissi keçirir[/b]

Ötən gün Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçirilən "Dinamo" (Tiflis) - "Qəbələ" (2:1) matçında xoşagəlməz, təxribat xarakterli hadisələr yaşanmışdı. Apasport.az saytının məlumatına görə, hadisə ilə bağlı Gürcüstan tərəfi açıqlama yayıb.


Tiflis klubunun rəsmi saytında yerləşdirilən məlumatda aşağdakı ifadələr yer alır:

 

“İlk növbədə qeyd etmək istəyirik ki, klub tam şəkildə dünən baş verən hadisədən peşmançılıq hissi keçirir və bu hadisə ilə razılaşmadığını bildirir. Dünənki hadisə zamanı fiziki təzyiq və daha sonra Gürcüstanın dostu olan ölkənin dövlət simvolikasının təhqirinə yol verildi. Bizdə olan məlumata əsasən, deyə bilərik ki, klubla eyniləşdirilən fanklubun – Qladiatorların üzvlərinin bu hadisə ilə heç bir əlaqələri olmayıb.

 

Hadisə oyundan sonra "Dinamo Arena"dan kənarda baş verib və müvafiq olaraq – "Dinamo Tbilisi", təşkilatçi kimi, bu fakt üzrə cavabdehliyi öz üzərinə götürə bilməz. 

 

İkinci yarışda olan banerlərdən birinə gəldikdə isə, onun haqqında stadionun təhlükəsizlik xidməti operativ tədbirlər gördü və bu banerin tribunalardan uzaqlaşdırılması baş verdi.

 

Qeyd etmək istəyirik ki, oyunun rəsmi proqramında biz dəfələrlə qeyd etdik ki, "Dinamo" tarixində Azərbaycan futbolunun böyük dəyəri var və qonşu ölkənin komandası ilə rəqabət bizim üçün yüksək dərəcədə böyük şərəfdir. 

 

Ümid edirik ki, oxşar faktlar iki dost ölkənin münasibətlərinə və onların idman keçmişinə, hazırki dövrünə və gələcəyinə maniəçilik törətməyəcək”. (futbolinfo.az)

0