“Yuventus”da braziliyalı qapıçı
03.07.2015 - 21:56
“Yuventus”da braziliyalı qapıçı

“Yuventus” Braziliya milli komandasının qapıçısı Neto ilə müqavilə bağlayıb. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, 25 yaşlı futbolçu ilə 4 illik anlaşma əldə olunub.

 

O, komandadan ayrılmış Storarini ehtiyat qapıçı mövqeyində əvəz edəcək.

 

Qeyd edək ki, Netonun keçidi “qoca sinyora”ya pulsuz başa gəlib. Çünki onun “Fiorentina” ilə olan müqaviləsi iyunun 30-da qüvvədən düşüb.

0