[b]Lukas Podolski “Qalatasaray”da![/b]
04.07.2015 - 00:37
[b]Lukas Podolski “Qalatasaray”da![/b]

“Qalatasaray” uzun müddətdi danışıq apardığı almaniyalı futbolçu Lukas Podolski ilə nəhayət anlaşma əldə edə bilib. Apasport.az saytının məlumatına görə, “cim-bom” rəhbərliyi Antalyada istirahət edən futbolçu ilə görüşüb, ilkin razılıq əldə ediblər.

 

Oyunçunun klubu “Arsenal”la da xırda detalları həll edən “sarı-qırmızılar” nəhayət arzularına çatıblar.

 

Podolskinin sabah Türkiyə saatı ilə 09:00-da Antalyadan İstanbula gəlməsi gözlənilir.

 

Qeyd edək ki, 30 yaşlı futbolçu 2012-ci ildən “Arsenal”da oynayır. Polyak əsilli alman futbolçu 2014/15 mövsümünün ikinci hissəsini Milan “İnter”ində keçirib.

“Neradzurra”nın heyətində meydana çıxdığı 17 oyunda 1 qol vuran futbolçu üçün mövsüm uğursuz olub.

0