“Mançester Siti”nin hücumçusu İtaliya yolunda
04.07.2015 - 09:11
“Mançester Siti”nin hücumçusu İtaliya yolunda

“Mançester Siti”nin hücumçusu Stevan Yovetiç karyerasını İtaliya çempionatında davam etdirməyə çox yaxındı. Apasport.az saytı xəbər verir ki, onunla “İnter” klubu danışıq aparır.

 

Milanlıların prezidenti Erik Tohir bu keçidi həll etmək üçün özü işə qarışıb. O, Yovetiçlə görüşmək məqsədilə dünən Londona yollanıb. Bununla belə, “İnter” monteneqrolu hücumçunu transfer etmək üçün rəqabətdən qalib ayrılmalıdı. Çünki Yovetiçlə “Yuventus” və “Atletiko” klubları da yaxından maraqlanırlar.

 

Qeyd edək ki, karyerası ərzində “Partizan” və “Fiorentina” klublarında da oynamış Yovetiç 2013-cü ildən “Mançester Siti”də çıxış edir. O, “şəhərlilər”in heyətində son mövsümdə 23 oyunda 5 qol vurub. 

0