[b]“İnter”i tərk edən futbolçu Türkiyə klubu ilə anlaşdı[/b]
04.07.2015 - 09:48
[b]“İnter”i tərk edən futbolçu Türkiyə klubu ilə anlaşdı[/b]

Bakı “İnter”indən ayrılmış daha bir futbolçunun karyerasını hansı klubda davam etdirəcəyi müəyyənləşib. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, “bankirlər”i tərk etmiş gürcüstanlı müdafiəçi Aleksandr Amisulaşvili yenidən qardaş ölkəyə üz tutub.

 

Bir müddət öncə baş məşqçi postuna “Kayserispor”u ötən mövsüm PTT I Liqanın çempionu etmiş Cüneyt Dumlupınarı gətirən “Karşıyaka” indi də Amisulaşvilini heyətinə qatıb. 33 yaşlı müdafiəçi İzmir təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, 2010-2011 mövsümündə “Kayserispor”un formasını geyinmiş Amisulaşvili “İnter”də 2014-cü ildən çıxış edirdi. Ancaq “bankirlər”in maddi durumu pisləşdiyindən və keçmiş baş məşqçi Kaxaber Sxadadzenin gedişindən sonra o da komanda ilə yollarını ayırmışdı. 

0