Kafu: Rəqiblər Braziliya yığmasına daha hörmət etmirlər
04.07.2015 - 10:24
Kafu: Rəqiblər Braziliya yığmasına daha hörmət etmirlər

Braziliya yığmasının sabiq müdafiəçisi, əfsanəvi futbolçu Kafu maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytı xəbər verir ki, o, hazırkı Braziliya millisini tənqid edib.

 

Kafu bildirib ki, daha rəqiblər Braziliya yığmasına hörmət etmirlər: “Vəziyyət ürəkaçan deyil. Rəqiblər Braziliya yığmasına daha hörmət etmirlər. Hazırkı millinin sərgilədiyi futboldan heç kim çəkinmir, qorxmur. İndiki məqamda komanda keçid dövrünü yaşayır”.

 

Bununla belə, keçmiş futbolçu Braziliya yığmasının yenidən güclənəcəyini düşünür: “İndiki duruma baxmayaraq, əminəm ki, Braziliya yaxın gələcəkdə yenə çox güclü komandaya çevriləcək və rəqiblərində qorxu yaradacaq”.

 

Qeyd edək ki, Braziliya millisi Amerika Kuboku-2015-də azarkeşlərinin etimadını doğrulda bilməyib. ¼ finalda Paraqvaya uduzan “sambaçılar” mübarizəni erkən dayandırıblar. 

0