Van Persi “Beşiktaş”a “yox” dedi
04.07.2015 - 14:38
Van Persi “Beşiktaş”a “yox” dedi

“Mançester Yunayted”in hollandiyalı hücumçusu Robin van Persi “Beşiktaş”ın təklifini qəbul etməyib. Apasport.az saytı xəbər verir ki, İstanbul klubu 32 yaşlı futbolçunun xidmətində maraqlı olsa da, o, buna qarşı çıxıb.

 

Van Persi ilə Türkiyənin daha 2 klubu – “Qalatasaray” və “Fənərbaxça” da yaxından maraqlanır. Təcrübəli forvardın karyerasını İtaliyada davam etdirmək variantı da var. Belə ki, o, “Milan” və “Latsio”nun da transfer siyahısında yer alıb.

 

Qeyd edək ki, “Feyenord”un yetirməsi olan, karyerasının əsas hissəsini isə “Arsenal”da keçirən van Persi 2012-ci ildən “Mançester Yunayted”in uğurları üçün çalışır. O, “mankunianlar”ın heyətində Premyer Liqanın son mövsümündə 27 oyunda 10 qol vurub. 

0