[b]"Neftçi" güclü komandadı, amma üstün tərəf bizik"[/b] - Mirko Rayçeviç
04.07.2015 - 15:17
[b]"Neftçi" güclü komandadı, amma üstün tərəf bizik"[/b] - Mirko Rayçeviç

“Səfərdə vurduğumuz 2 qol bizim üçün böyük önəm kəsb edir. İlk görüşdə qeydə alınan nəticə mərhələ adlamaq şansımızı artırır”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Monteneqronun “Mladost” klubunun futbolçusu Mirko Rayçeviç deyib.

 

Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Mladost” Bakıdan sərfəli nəticə (2:2) ilə qayıdıb.

 

Cavab görüşündən əvvəl ölkəsinin mətbuatına açıqlamasında şansları dəyərləndirən Rayçeviç növbəti mərhələyə "Mladost"un daha yaxın olduğunu bildirib. Bununla belə, o, Podqoritsadakı görüşün də çətin keçəcəyini düşünür: “Cavab oyunu öncə üstün tərəf bizik. İstənilən halda, doğma meydanda yaxşı oyun göstərib, azarkeşlərimizi sevindirməliyik. Açığı, işimiz çətin olacaq. Çünki “Neftçi” güclü komandadı. Bunu ilk oyunda da gördük”.

 

0