"Yuventus" Alleqri ilə yeni müqavilə imzalayacaq
04.07.2015 - 15:51
"Yuventus" Alleqri ilə yeni müqavilə imzalayacaq

“Yuventus” rəhbərliyi komandanın baş məşqçisi Massimiliano Alleqrinin müqaviləsinin müddətini uzatmaq fikrindədi. Apasport.az saytı xəbər verir ki, yeni sözləşmənin müddəti 2017-ci ilə qədər nəzərdə tutulub.

 

Yeni müqaviləyə əsasən, Alleqrinin illik məvacibi 1 milyon avro artırılıb. Belə ki, o, Turin klubunda bundan sonra 3,5 milyon avro qazanacaq.

 

Qeyd edək ki, 47 yaşlı Alleqri 2014-cü ildən “Yuventus”u çalışdırır. O, məşqçilik karyerası ərzində “Sassuolo”, “Kalyari” və “Milan” kimi klublara da rəhbərlik edib. 

0