Falkao “Çelsi”də nə qədər qazanacaq?
04.07.2015 - 16:31
Falkao “Çelsi”də nə qədər qazanacaq?

“Çelsi”də icarə əsasında çıxış edəcək Radamel Falkaonun yeni klubunda nə qədər məvacib alacağı açıqlanıb. Apasport.az saytı xəbər verir ki, kolumbiyalı hücumçu ötən mövsümü keçirdiyi “Mançester Yunayted”lə müqayisədə, London klubunda az qazanacaq.

 

29 yaşlı forvardın “Çelsi”dəki həftəlik məvacibi 140 min funt-sterlinq olacaq. Halbuki Falkao “Mançester Yunayted”də həftəyə 285 min funt-sterlinq qazanırdı.

 

Qeyd edək ki, razılaşmaya əsasən, “Çelsi” rəhbərliyi gələn mövsümün sonunda Falkaonun transfer hüququnu “Monako”dan birdəfəlik ala bilər. 

0