[b]Lukas Podolski rəsmən “Qalatasaray”da[/b] - FOTO
04.07.2015 - 17:57
[b]Lukas Podolski rəsmən “Qalatasaray”da[/b] - FOTO

“Qalatasaray” uzun müddətdi danışıq apardığı Lukas Podolski ilə nəhayət müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, bu sabah İstanbula gələn futbolçu ilə bu saatlarda rəsmi anlaşma imzalanıb.

 

Alman futbolçu ilə müqavilənin müddəti 3 illik nəzərdə tutulub. “Qalatasaray” istəsə anlaşma bitdikdən sonra daha bir il uzada bilər.

 

Qeyd edək ki, "cim-bom" alman hücumçu üçün "Arsenal"a 2.5 milyon avro ödəyib. Əgər klub Çempionlar Liqasına qatıla bilsə londonlulara daha 500 min avro ödənəcək.

 

Podolski özü isə "Qalatasaray"da illik 3 milyon avro və hər oyuna 20 min avro qazanacaq.

0