Luka Modriçə görə klubun prezidenti və baş məşqçisi həbs olundu
04.07.2015 - 21:22
Luka Modriçə görə klubun prezidenti və baş məşqçisi həbs olundu

Zaqreb “Dinamo”sunun prezidenti Zdravko Mamiç və qardaşı, klubun baş məşqçisi Zoran Mamiç yerli polislər tərəfindən həbs olunub. Apasport.az saytının məlumatına görə, Mamiç qardaşları oyunçu transferləri zamanı vergilərin ödənməsindən boyun qaçırmaqda günahlandırılırlar.

 

Hüquq mühafizə orqanları klubun 4 transferinin şübhəli olduğu qənaətindədi. Xorvatiya mətbuatının iddiasına görə, bunların arasında Luka Modriçin “Tottenhem”ə keçidi də var.

0