“Valensiya” yeni hücumçu aldı
04.07.2015 - 22:09
“Valensiya” yeni hücumçu aldı

İspaniyanın “Valensiya” klubu heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə, “yarasalar” “Selta”nın hücumçusu Santa Minanı transfer edib. Bu barədə klubun rəsmi saytından məlumat verilib.

 

19 yaşlı futbolçu ilə 6 illik anlaşma imzalanıb.

 

Xatırladaq ki, Santi 2013-cü ildən “Selta”da çıxış edir və komandada 50 oyunda meydana çıxaraq 9 qol vurub.

0