“Mourinyo fantastik məşqçidi, ancaq dünyanın ən yaxşısı deyil”
04.07.2015 - 23:40
“Mourinyo fantastik məşqçidi, ancaq dünyanın ən yaxşısı deyil”

Portuqaliya millisi və “Porto”nun futbolçusu Rikardo Kurejma sabiq çalışdırıcısı Joze Mourinyonu dünyanın ən yaxşı baş məşqçisi hesab etmir. Apasport.az saytının məlumatına görə, bu barədə yarımmüdafiəçi açıqlamasında bildirib.

 

Potuqaliya mətbuatına danışan 31 yaşlı futbolçu bunları deyib:

 

“Mourinyo fantastik məşqçidi, ancaq dünyanın ən yaxşısı deyil. Mənə görə dünyanın ən yaxşısı Jorj Jesusdu. Mənim dəli olduğumu düşünə bilərsiz. Amma bu da mənim fikrimdi. Güclü bir məşqçiyə sahib deyilsinizsə, yaxşı komandanız da ola bilməz. Jesusun çox yaxşı taktiki biliyi var. Onun "Benfika"dan sonra İngiltərə, İspaniya və ya İtaliyaya gedəcəyini düşünürdüm. Amma “Sportiq”i seçdi”.

0