Ukrayna milli komandasının kapitanı Qazaxıstan çempionatında - FOTO
05.07.2015 - 14:55
Ukrayna milli komandasının kapitanı Qazaxıstan çempionatında - FOTO

Qazaxıstanın “Kayrat” klubu Ukrayna milli komandasının kapitanı Anatoli Timoşuk ilə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, bu barədə klubun rəsmi saytından açıqlama yayılıb.

 

Bildirilir ki, 36 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 1.5 illik nəzərdə tutulub.

 

Timoşuk qazax klubunda 44 nömrəli forma ilə çıxış edəcək.

 

Qeyd edək ki, karyerası ərzində “Şaxtyor”, “Zenit”, “Bavariya” kimi klublarda çıxış etmiş ukraynalı futbolçu 2013-cü ildən Sankt-Peterburq klubunun şərəfini qoruyur. Bu müddətdə o, Rusiya çempionunun heyətində 14 oyunda meydana çıxıb.

 

2000-ci ildən Ukrayna milli komandasının formasını da geyinən Timoşuk əsas milli ilə 131 matça çıxıb və 4 qola imza atıb.

0