Hüqo Lloris David De Xeadan xəbər gözləyir
05.07.2015 - 15:41
Hüqo Lloris David De Xeadan xəbər gözləyir

Fransa milli komandasının və “Tottenhem”in qapıçısı Hüqo Lloris böyük ölçüdə gələn mövsümdən “Mançester Yunayted”də çıxış edəcək. Apasport.az saytının “L`Equipe”ə istinadən məlumatına görə, artıq qapıçının meneceri ilə “manukunianlar”ın arasında şifahi razılıq əldə olunub. 

 

Keçidin rəsmiləşməsini əngəlləyən bircə məqam var ki, o da “qırmızı şeytanlar”ın hazırkı qapıçısı David De Xeanın “Real”a transferinin həll olunmamasıdı.

 

Qeyd edək ki, 28 yaşlı fransız qapıçı 2012-ci ildən “Tottenhem”in qapısını qoruyur. O, bu müddətdə londonlularla 99 oyunda meydana çıxıb.

0