“Mladost” - “Neftçi”nin oyununun hakimləri açıqlandı
05.07.2015 - 15:59
“Mladost” - “Neftçi”nin oyununun hakimləri açıqlandı

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost” – “Neftçi” oyununa hakim təyinatını açıqlayıb. Apasport.az saytının məlumatına görə, matçı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

 

Qarşılaşmanın baş hakim Kevin Klensi, onun köməkçiləri Alastair Mazer və Stüart Yan Makmillan olacaqlar. Dördüncü hakim funksiyasını Brayan Kolvin yerinə yetirəcək.

 

Oyunun UEFA nümayəndəsi Jan Lui Pyet (Fransa), hakim-inspektoru isə Marian Ruzbarskidir (Slovakiya).

 

Xatırladaq ki, iyulun 9-da Podqoritsa şəhər stadionunda keçiriləcək “Mladost” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

0