“Real” rəhbərliyi azarkeşlərdən qorxur
05.07.2015 - 16:39
“Real” rəhbərliyi azarkeşlərdən qorxur

“Real”ın yeni transferi braziliyalı Danilonun gələn həftə Madriddə olacağı gözlənilir. Apasport.az saytının “AS” nəşrinə istinadən məlumatına görə, “kral klubu”nun rəhbərliyi 23 yaşlı futbolçu üçün təqdimat mərasimi təşkil etməyə hazırlaşır.

 

Ancaq məsələ burasındadı ki, klub rəhbərliyi azarkeşlərin mümkün etirazlarından çəkinərək gənc oyunçunun təqdimat mərasimini qapalı keçirmək istəyir.

 

İspaniya mətbuatı iddia edir ki, madridlilərin baş bilənləri Serxio Ramos və İker Kasilyasla bağlı yaranmış vəziyyətə görə azarekşlər tərəfindən etirazla üzləşə biləcəyindən qorxur.

 

Belə ki, Qaret Beyl transfer olunarkən uelsli futbolçunun təqdimetmə mərasimində bir qrup madridli fanat Məsut Özili “Arsenal”a satdığı üçün klub prezidenti Florintino Peres əleyhinə şüarlar səsləndirmişdi.

 

Qeyd edək ki, “Real” Danilonu “Porto”dan transfer edib. Futbolçu üçün portuqaliyalılara 31.5 milyon avro ödənib.

0