Nigeriya millisi eyni baş məşqçini 3-cü dəfə qovdu
05.07.2015 - 17:35
Nigeriya millisi eyni baş məşqçini 3-cü dəfə qovdu

Nigeriya Futbol Federasiyası milli komandanın baş məşqçisi Stepen Keşini istefaya göndərib. Apasport.az saytının məlumatına görə, federasiya Keşini milli komanda ilə lazım olan hədəflərə çata bilmədiyi üçün postundan uzaqlaşdırıb.

 

53 yaşlı Keşinin yerinə müvəqqəti olaraq Şaibu Amodu gətirilib.

 

Maraqlıdı ki, Keşi Nigeriya millisinin "sükanı arxasında" üç dəfə olub. Onun başçılığı altında "super qartallar" 2013-cü ildə Afrika kubokunun sahibi olmuşdular.

 

Amma son dünya çempionatındakı uğursuzluqdan və millinin 2015-ci ilin Afrika kubokuna vəsiqə qazana bilməməsindən sonra o, istefaya göndərilmişdi.

 

Sonra yenidən "sükan arxasına" keçən Keşinin budəfəki gedişinin dönüşü olub-olmayacağını zaman göstərəcək.

 

0