Azərbaycanda bu mövsüm keçiriləcək ilk Çempionlar Liqası matçı üçün biletlər neçəyə olacaq?
05.07.2015 - 18:39
Azərbaycanda bu mövsüm keçiriləcək ilk Çempionlar Liqası matçı üçün biletlər neçəyə olacaq?

Ölkə çempionu “Qarabağ” iyulun 15-də  Çempionlar Liqasında ilk sınağına çıxacaq. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri ÇL-in 2-ci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya “Rudar”ını qəbul edəcək.

Tofiq Bəhramov adına Respubilka stadionunda baş tutacaq qarşılaşmanın biletləri İyulun 10-dan etibarən satışda olacaq.

Azarkeşlər biletləri Respublika stadionunun kassalarından əldə edə biləcəklər.

Bu mövsüm ölkəmizdə keçiriləcək ilk Çempionlar Liqası matçı üçün biletlərin satış qiyməti  1, 2 və 20 AZN-dir.

12-17-ci və 29-38-ci sektorlar üçün bilet qiyməti 2 AZN, digər sektorlar isə 1 AZN-dir.

VİP bölməyə biletin qiyməti isə 20 AZN nəzərdə tutulub.

0