Lionel Messi “Ən yaxşı oyunçu” mükafatından imtina etdi
05.07.2015 - 19:49
Lionel Messi “Ən yaxşı oyunçu” mükafatından imtina etdi

Lionel Messi “Kopa Amerika-2015”-in ən yaxşı oyunçusu mükafatından imtina edib. Apasport.az saytının məlumatına görə, bu barədə italiyalı jurnalist Tankerdi Palmeri öz “tvitter” hesabından xəbər yayıb.

 

İtaliyalı jurnalist bildirib ki, Messi 2014-cü il Dünya Çempionatında olduğu kimi rüsvayçılıqdan qaçmaq üçün mükafatı almaqdan imtina edib.

 

Bu isə mükafatlandırma mərasiminin 10 dəqiqə ləngiməsinə səbəb olub. Təşkilatçılar Messini gözləsələr də onun mükafat üçün yaxınlaşmaması stadionda olanlar tərəfindən çaşqınlıqla qarşılanıb.

 

Xatırladaq ki, Argentina millisi “Kopa Amerika”nın finalında Çili yığma komandasına məğlub olaraq ikinci yeri tutub.

 

Messi isə turnir boyu meydana çıxdığı 6 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

0