“Fənərbaxça” yeni transferləri ilə müqavilə imzaladı - FOTO
05.07.2015 - 20:51
“Fənərbaxça” yeni transferləri ilə müqavilə imzaladı - FOTO

İstanbulun “Fənərbaxça” klubu “Porto”dan iki futbolçu transfer edib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, bu gün futbolçularla müqavilə imzalanıb.

 

Belə ki, “sarı bülbüllər” “Porto”dan braziliyalı qapıçı Fabioano və seneqallı müdafiəçi Abdulaye Banı 1 illik müddətə icarəyə götürüb.
 
Qeyd edək ki, “Fənərbaxça” mövsüm bitdikdən sonra təzminat ödəyərək sözügedən oyunçuları birdəfəlik almaq hüququna sahib olacaq.

0