Təhlükəslik əməkdaşına “kəllə atdı”, klubdan qovuldu, “Hamburq”da oynayacaq
05.07.2015 - 21:21
Təhlükəslik əməkdaşına “kəllə atdı”, klubdan qovuldu, “Hamburq”da oynayacaq

“Bayer Leverkuzen”in keçmiş futbolçusu Emir Spahiç “Hamburq”a keçib. Apasport.az saytının məlumatına görə, klub rəsmi saytından verdiyi açıqlamada bosniya və hersoqovinalı futbolçunun keçidi üçün heç bir məbləğ ödənmədiyini bildirib.

 

Belə ki, Spahiç ötən mövsüm “Bayer”də çıxış edərkən “Bavariya” ilə oyunda təhlükəsizlik əməkdaşını vurduğuna görə klubdan uzaqlaşdırılmışdı.

 

Bildirək ki, 34 yaşlı futbolçu 2013-cü ildən Leverkuzen klubunun şərəfini qoruyurdu. Bu müddətdə o, 49 oyunda meydana çıxıb və 3 dəfə fərqlənməyə imkan tapıb.

 

Emir Spahiç Bosniya və Hersoqovina milli komandası ilə də eyni sayda qol sevinci yaşayıb, ancaq müdafiəçi millidə bu uğura 81 oyunda nail ola bilib.

0