“Tottenhem” 56 milyon funtdan imtina etdi
05.07.2015 - 22:14
“Tottenhem” 56 milyon funtdan imtina etdi

“Mançester Yunayted” komandadan ayrılacağı gözlənilən Robin van Persinin yerini dolduracaq oyunçunu artıq tapıb. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” “Tottenhem”in gənc hücumçusu Harri Keyni heyətə qatmaq istəyirlər.

 

“The Sun” qəzetinin iddiasına görə, “manukunianlar” baş məşqçi Lui van Qalın da çox istədiyi hücumçu üçün Şimali London klubuna 56 milyon funt-sterlinq təklif edib.

 

Ancaq londonlular bu təklifdən imtina ediblər. Mançesterlilərin təklifi daha artıracağı istisna olunmur.

0