Mourinyo onu buraxmaq istəmir
05.07.2015 - 22:50
Mourinyo onu buraxmaq istəmir

“Çelsi”dəki vəziyyəti müzakirə olunan Xuan Quadradonun gələcəyi haqqında meneceri açıqlama verib. Apasport.az saytının məlumatına görə, kolumbiyalı futbolçunun təmsilçisi Alessandro Lucci İtaliya mətbuatına açıqlama verərək müştərisinin “Çelsi”də qalacağını bildirib.

 

İngiltərə mətbuatının iddiasına görə, Quadrado ilə “Yuventus” və “İnter” yaxından maraqlanır, ancaq “zadəganlar”ın baş məşqçisi Joze Mourinyo futbolçusunu buraxmaq istəmir.

 

Qeyd edək ki, 27 yaşlı futbolçu ötən mövsümün ikinci yarısında “Fiorentina”dan “Çelsi”yə keçib və yarım mövsümdə 12 oyunda meydana çıxıb.

0