“Seltik” 16 yaşlı futbolçu üçün “Real”ın qapısını döyüb
06.07.2015 - 00:03
“Seltik” 16 yaşlı futbolçu üçün “Real”ın qapısını döyüb

“Real”ın 16 yaşlı hücumçusu Martin Edeqor “Seltik” klubuna icarəyə verilə bilər. Apasport.az saytının məlumatına görə, şotlandiyalılar Norveç millisinin gənc futbolçusu üçün “kral klubu”na rəsmi təklif göndərib.

 

Şotlandiya mətbuatı iddia edir ki, istedadlı futbolçunun ada klubuna keçmə ehtimalı çoxdu. Belə ki, buna səbəb “Seltik”in baş məşqçisi Ronni Deylin də norveçli olmasıdı.

 

Qeyd edək ki, “Qetafe” klubu da icarə əsasında futbolçunu heyətinə qatmaqda israrlıdı.

0