Azərbaycanlı hakim-inspektor Avropa Liqasının oyununda
06.07.2015 - 10:04
Azərbaycanlı hakim-inspektor Avropa Liqasının oyununda

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev avrokubok oyununa təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunu zamanı iş başında olacaq.

 

O, "Jelezniçar" (Bosniya və Herseqovina) - "Balsan" (Malta) oyununun hakim-inspektoru vəzifəni yerinə yetirəcək. Bu görüş iyulun 9-da Sarayevo şəhərindəki "Asim Ferhatoviç Has" stadionunda keçiriləcək

 

Mənbə: affa.az

0