[b]“Qəbələ” – “Dinamo” oyununa fransız hakim[/b]
06.07.2015 - 14:24
[b]“Qəbələ” – “Dinamo” oyununa fransız hakim[/b]

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə Tbilisi "Dinamo"su arasında keçiriləcək cavab oyununun hakimləri açıqlanıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma fransız hakimlərə tapşırılıb.

 

Görüşü Amori Delerye idarə edəcək. Ona həmyerliləri Loren Stien və Mişel Annonier köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Sebastien Moreyra yerinə yetirəcək.

 

Qeyd edək ki, ilk oyunda “Dinamo” 2:1 hesablı qəbələ qazanmışdı. Bu komandalar arasında cavab matçı iyulun 9-da oynanılacaq.

0