[b]Aleksandr Əliyev Azərbaycana gəlir[/b]
06.07.2015 - 14:36
[b]Aleksandr Əliyev Azərbaycana gəlir[/b]

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "İnter"lə "Laçi" arasında keçiriləcək cavab matçının hakimləri məlum olub. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, “İnter Arena”da baş tutacaq qarşılaşma qazaxıstanlı hakimlər briqadasına tapşırılıb.

 

Oyunda ədaləti Aleksandr Əliyev qoruyacaq. Ona həmyerliləri Sergey Vassyutin və Samat Terqussizov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Denis İzmaylov yerinə yetirəcək.

 

Qeyd edək ki, ilk oyun 1:1 hesabı ilə nəticələnmişdi. Bu komandalar arasında cavab matçı iyulun 9-da keçiriləcək.

0