[b]“Bir ayaqla keçiləsi rəqib daha yoxdu”[/b] – Namiq Yusifov
06.07.2015 - 16:24
[b]“Bir ayaqla keçiləsi rəqib daha yoxdu”[/b] – Namiq Yusifov

“Avstriya toplanışı yüksək səviyyədə keçir. Komandanın vəziyyəti yaxşıdı. Hamı məşqdə əlindən gələni edir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun futbolçusu Namiq Yusifov deyib.

 

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” iyulun 8-də vətənə qayıdacaq. Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqro klubu “Rudar”la qarşılaşacaq “köhlən atlar” hazırlığın son mərhələsini Bakıda keçirəcəklər.

 

“Rudar”la baş tutacaq görüşlərlə bağlı danışan Yusifov Monteneqro futbolunu tərifləyib: “Rəqibimiz yaxşı komandadı. “Neftçi”nin Avropa Liqasındakı rəqibi “Mladost” da göstərdi ki, Çernoqoriya komandaları zəif deyillər. Özü də “Rudar” ölkə çempionu olub. Bir ayaqla keçiləsi rəqib daha yoxdu. Bu komanda Monteneqro çempionu adını qazanıbsa, necə zəif ola bilər? Çempion komandada həmişə ölkənin ən yaxşı futbolçuları qərarlaşır. Odu ki, arxayınlaşmaq olmaz. Futbolda hər şey mümkündü”.

 

Yay fasiləsində “Qarabağ”la müqaviləsinin müddətini 1 illik uzadan təcrübəli yarımmüdafiəçi komandanın yeni transferləri haqda da danışıb: “Yerli transfer öz uşaqlarımızdı, çoxdan tanıyırıq. Düşünürəm ki, bütün transferlər komandaya xeyir verəcəklər. Hamısı canla-başla məşq edir, komandaya uyğunlaşır. “Qarabağ”a keçən gənc oyunçular da, inşallah, Azərbaycan futbolunun gələcəyidi”.

 

0