“Qarabağ”ın Avstriyada son məşqi - FOTO
07.07.2015 - 07:42
“Qarabağ”ın Avstriyada son məşqi - FOTO

"Qarabağ" Avstriyada baş tutan toplanış çərçivəsində son məşqini keçirib. Apasport.az saytının məlumatına görə, iyunun 18-dən  Kössen qəsəbəsində hazırlıqlarını sürdürən Ağdam təmsilçisi yerli stadionda 90 dəqiqəlik çalışma ilə məşqlərini başa vurub.

 

Son məşqdə əsasən taktiki çalışmalara üstünlük verən “Qarabağ” bugün yoxlaam oyununda qüvvəsini sınayacaq. Rusiya "Lokomotiv"i ilə matç Kössen qəsəbə stadionunda keçiriləcək.

 

Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Qarşılaşmanın ertəsi – sabah “Qarabağ” Azərbaycana qayıdacaq. Komanda Münhen – İstanbul – Bakı reysiylə vətənə dönəcək.

 

0