[b]Arda Turan rəsmən “Barselona”da![/b]
07.07.2015 - 08:18
[b]Arda Turan rəsmən “Barselona”da![/b]

“Barselona” yay fasiləsinin ilk transferini gerçəkləşdirib. Apasport.az saytı xəbər verir ki, “Atletiko”nun türkiyəli yarmmüdafiəçisi Arda Turan karyerasını Kataloniya klubunda davam etdirəcək.

 

“Barsa” rəsmi saytı vasitəsilə bu transferi artıq rəsmən bəyan edib. Klublar arasında razılığa görə, La Liqanın son çempionu bu transferə görə, qarşı tərəfə 34 milyon avro ödəyəcək. Klub gələn mövsüm La Liqa çempionu olsa və Çempionlar Liqasında ən azı 1/4 finala qədər irəliləsə, madridlilər daha 7 milyon avro gəlir əldə edəcəklər. Futbolçu özü yeni klubu ilə 5 illik müqavilə imzalayıb.

 

Lakin Türkiyə millisinin kapitanı “Atletiko”ya qayıda bilər. Məsələ burasındadı ki, iyulun 18-də “Barselona”da prezident seçkiləri olacaq. Müqaviləyə salınan bəndə görə, əgər yeni prezident Ardanı istəməsə, iki gün ərzində “Atletiko” onu satdığından 10 faiz ucuz qiymətə transfer edə biləcək.

0