[b]Azərbaycan çempionu Çində oynayacaq - FOTO[/b]
07.07.2015 - 08:43
[b]Azərbaycan çempionu Çində oynayacaq - FOTO[/b]

Fəaliyyətini dayandıran “Rabitə”nin voleybolçusu Nataşa Krsmanoviç özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi ilə 5 dəfə Azərbaycan çempionu titulunu qazanan serbiyalı blokçu karyerasını Çində davam etdirəcək.

 

30 yaşlı Krsmanoviç “Peçino” klubu ilə 1 illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, Nataşa “Rabitə” ilə dünya çempionu olub və 2 dəfə Çempionlar Liqasının finalında oynayıb.

0