Azərbaycan – Almaniya oyunu “Dalğa Arena”da keçiriləcək
07.07.2015 - 10:32
Azərbaycan – Almaniya oyunu “Dalğa Arena”da keçiriləcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin iki oyununun vaxtı və yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi növbəti iki ev oyunu “Dalğa Arena”da baş tutacaq.

 

Komandamız sentyabrın 4-də Avstriya, 8-də Almaniyanı qəbul edəcək. Hər iki qarşılaşma saat 19:00-da başlayacaq.

 

21 yaşadək futbolçular arasında AVRO-2017-nin seçmə mərhələsi

4 sentyabr

19:00. Azərbaycan – Avstriya

“Dalğa Arena”

 

8 sentyabr

19:00. Azərbaycan – Almaniya

“Dalğa Arena”

 

Mənbə: affa.az

0