[b]“Xəzər Lənkəran” Kayseri klubu ilə qarşılaşacaq[/b]
07.07.2015 - 12:17
[b]“Xəzər Lənkəran” Kayseri klubu ilə qarşılaşacaq[/b]

İyun ayının 28-dən etibarən Türkiyənin Kapadokya bölgəsində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” sabah ilk yoxlama oyununa çıxacaq. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ağır məşqlərin fonunda ilk yoxlama oyununda nisbətən zəif rəqiblə qarşılaşmağı məqsədəuyğun hesab edən məşqçilər korpusu “Kayseri Ərciyəsspor” klubunun ikinci komandasını rəqib seçib.

 

Son mövsüm Superliqadan PTT I liqaya yuvarlanan türk klubunun ikinci komandası ilə oyun sabah Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək. Oyun “ağ-yaşıllar”ın məşqlərini keçirdiyi meydançada baş tutacaq.

 

Bu gün isə “Xəzər Lənkəran” yalnız axşam məşqi ilə kifayətlənəcək. 

0