“Bavariya”dan di Mariya üçün sürpriz təklif
07.07.2015 - 12:36
“Bavariya”dan di Mariya üçün sürpriz təklif

“Bavariya” “Mançester Yunayted”in yarımmüdafiəçisi Anxel di Mariyanı transfer etməkdə israrlıdı. Apasport.az saytı xəbər verir ki, Münhen klubu bu keçid üçün qarşı tərəfə sürpriz təklif göndərməyə hazırlaşır.

 

Almanlar argentinalıya qarşılıq aparıcı oyunçuları Aryen Robben və Tomas Mülleri təklif edəcək. Müller məşqçilər korpusu ilə yola getmədiyi, Robben isə tez-tez zədələndiyi üçün baş məşqçi Pep Qvardiolanın “qara siyahı”sındadı.

 

“Qırmızı şeytanlar”ın hollandiyalı baş məşqçisi Lui van Qal da həmyerlisi Robbeni komandasında görməyin tərəfdarıdı.

0