İlkay Gündoğan “Milan” yolunda
07.07.2015 - 14:36
İlkay Gündoğan “Milan” yolunda

Dortmund “Borussiya”sının türk əsilli futbolçusu İlkan Gündoğan karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə “Milan” yaxından maraqlanır.

 

“Rossonyerlər” İlkayı yay transfer dövründəcə heyətlərinə qatmağı planlaşdırırlar. Qarşı tərəflə danışıqlara artıq start verilib.

 

Bir vaxtlar adı Madrid “Real”ı ilə birgə hallanan Gündoğanın hansı qərarı verəcəyi maraqla gözlənilir.

 

Qeyd edək ki, 2011-ci ildən “Borussiya”nın formasını geyinən İlkay Bundesliqanın son mövsümündə 23 oyunda 3 qola imza atıb. 

0