[b]3 oyunda 13 yubiley[/b]
07.07.2015 - 16:43
[b]3 oyunda 13 yubiley[/b]

Avropa Liqasının I təsnifat mərhələsinin  cavab oyunları Azərbaycan təmsilçilərinin bəzi futbolçuları üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, “İnter”, “Qəbələ” və “Neftçi”nin üzvləri qitə miqyaslı turnirlərdə və ya ikinci dərəcəli klub turnirində yubiley matçını keçirəcək. Təmsilçilərimizin üzvləri meydana çıxmaqla, ümumilikdə 13 yubiley qeyd edə bilər.

 

“İnter”lilərdən Slavço Georgiyevski 30-cu, Mirhüseyn Seyidov 20-ci, “Qəbələ”li Cavid Hüseynov 10-cu avrokubok qarşılaşmasında iştirak edə bilər. Seyidov üçün “Laçi” ilə ev oyunu həm də Avropa Liqasında 10-cu qarşılaşma olacaq.

 

Bundan başqa, Rəşad Sadiqov 25-ci, Dmitri Bezotosnı (hər ikisi “Qənələ”), Araz Abdullayev (“Neftçi”) 10-cu, Denis Silva (“İnter”), Dodo (“Qəbələ”) 5-ci dəfə bu turnirin oyununda çıxış edəcək. İki futbolçu - Dieqo Madriqal (“İnter”), Ruslan Qurbanov (“Neftçi”) hamısı Avropa Liqasında olmaqla, avrokuboklarda da 5-ci oyununda qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, iyulun 9-da “İnter” Albaniya “Laçi”sini, “Qəbələ” Tiflis “Dinamo”sunu qəbul edəcək, “Neftçi” Monteneqroda “Mladost”la görüşəcək.

0