SİZİN REKLAM BURADA

“Avropa Oyunlarının Bakıda keçirilməsində məntiq var” - MÜSAHİBƏ

Ukraynanın boks üzrə millisinin baş məşqçisi Dmitri Sosnovski ölkəsinin mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Bakıda keçirilən Avropa Oyunlarını yüksək qiymətləndirib, paytaxtımız və ölkəmiz haqda xoş sözlər deyib. 

 

- Həqiqətənmi, Bakı “qızılda çimir”?

- Sonuncu dəfə 2011-ci ildə dünya çempionatı zamanı Bakıda olmuşdum. Azərbaycan paytaxtı həmin vaxtdan çox dəyişib. 4 il öncə bura kasıb insanların yaşadığı yoxsul şəhərə bənzəyirdi. Onda Bakının inkişafı yeni başlamışdı, hər yerdə tikinti işləri aparılırdı. İnsanlar yorğun görünürdü. Sanki onlar xoşbəxt deyildi. İndi isə Bakı “qızılla çimir”. Hər yerdə ideal yollar, yaşıllıq və qəşəng evlər var. İnkişaf aşkar hiss olunur. Yerli insanların dediyinə görə, bu inkişaf tək Bakıda deyil, bütün Azərbaycanda gedir. Həm böyük, həm də kiçik şəhərlər inkişaf edir. 4 il öncə Bakıda ucuz köhnə “Jiquli”, “Volqa”, “Moskviç” üstünlük təşkil edirdi. Bu gün isə brend xarici maşınlar göz oxşayır. “Jiquli”yə nadir hallarda rast gəlmək olar, “Moskviç” ümumiyyətlə yoxdu. İnsanların maddi durumu da daha yaxşıdı. Bunu onların geyimində də hiss etmək mümkündü. Bu ölkədə orta əmək haqqı 400-500 dollardı.

 

- Siz Olimpiadada olmusuz. Bakı-2015-lə Olimpiya Oyunlarının infrastrukturu eyni səviyyədə idi?

- Bəli. Atletlər kəndində qidalanma, idman qurğuları təxminən eyni səviyyədədi. Yeganə fərq ondadı ki, Avropa Oyunlarında daha az idmançı çıxış edirdi. Yerdə qalan hər şey isə eyni idi. İndi Bakı İslam Həmrəyliyi Oyunlarını, sonra Olimpiadanı keçirmək istəyir.

 

- Növbəti Oyunları Hollandiya qəbul etməli idi. Amma onlar xərclərin yüksək olması üzündən imtina ediblər...

- Söhbət nəhəng xərclərdən getdiyindən, bu problemdi. Azərbaycan prezidenti İlham Əliyev xalqını və idmanı sevir. O, tez-tez arenalara gəlirdi. Final vaxtı isə yerli atletlərin iştirakını daima canlı izləyirdi. Bütün azərbaycanlı qalibləri şəxsən özü mükafatlandırdı. Bizə deyilənə görə, müxtəlif növlər üzrə federasiyaların inzibati binalarının açılış mərasimlərində də prezident şəxsən iştirak edir. Bəlkə də Avropa Oyunlarının Bakıda keçirilməsində məntiq var. Çünki onlar yarışa pul xərcləmək gücündədi.

 

- Öz komandanızın çıxışını necə dəyərləndirirsiz?

- Çox şadam ki, təkcə boksçular deyil, bütün Ukrayna idmançıları uğurlu çıxış edib, idman ölkəsi olduğumuzu sübut etdi. Bakıda hamı çox mehriban idi və bir-birini dəstəkləyir, çıxışını həyəcanla izləyirdi. Bu, sevindiricidi. Bakıya səfər öncəsi yetirmələrimə demişdim ki, sanki müharibəyə gedirik. Vətənimizi şöhrətləndirmək üçün yollanırıq. Şadam ki, Bakıda boksçular yığını deyil, komanda gördüm. Ən əsası isə rinqdə onlar əsil döyüşçü olub, xarakterlə yaxşı boks nümayiş etdirdilər. Nəticəmiz 5 medal oldu ki, bundan da razıyam. Pis nəticə deyil.

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

27

18

5

4

44-13

59

2.

Qəbələ

27

14

10

3

47-19

52

3.

İnter

27

11

10

6

39-32

43

4.

Zirə

27

9

9

9

26-26

36

5.

Kəpəz

27

8

9

10

23-27

33

6

Sumqayıt

27

8 8

11

26-34

32

7.

Neftçi

27

9

2

16

23-43

29

8.

 AZAL

27

1

7

19

13-47

10

               

 

Top 10
Sizin reklam burada
150x220